AZ

İlin ən yaxşı futbolçuları açıqlandı - SİYAHI

"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior FİFA-nın versiyasına görə 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.

Bakupost.az xəbər verir ki, bu barədə Qətərdə keçirilən “The Best FIFA Football Awards” mərasimində məlumat verilib.

Braziliyalının ən yaxın izləyicisi Rodri Vinidən cəmi 5 xal geridə qaldı - 48 xala qarşı 43 xal.

Mükafat üçün digər namizədlər bunlardır: Cud Bellinhem, Daniel Karvahal, Kylian Mbappe, Federiko Valverde (hamısı "Real Madrid"), Erling Holand, Rodri (hər ikisi "Mançester Siti"), Toni Kroos (karyerasını başa vurdu, Lionel Messi ("İnter Mayami"), Florian Virts ("Bayer Leverkuzen") və Lamin Yamal ("Barselona").

2023/24 mövsümündə 24 yaşlı Vinisius klub səviyyəsində 39 oyuna çıxıb, 24 qol vurub və 11 məhsuldar ötürmə edib, Madrid nəhəngləri ilə La Liqa və Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, 2024-cü ildə “Qızıl top”u İspaniya və “Mançester Siti”nin futbolçusu Rodri qazanıb. Media və bukmeker kontorları mükafatın favoriti və gələcək qalibi kimi "Real Madrid"dən Vinisius Junioru göstərsələr də, bu, baş tutmayıb. Madrid klubu bundan öncədən xəbər tutaraq Parisdəki mərasimi boykot edib.

Qeyd edək ki, 2024-cü ildə “Qızıl top”u İspaniya və “Mançester Siti”nin futbolçusu Rodri qazanıb. Media və bukmeker kontorları mükafatın favoriti və gələcək qalibi kimi Real Madriddən Vinisius Junioru göstərsələr də, bu baş tutmayıb. Madrid klubu bundan öncədən xəbər tutaraq Parisdəki mərasimi boykot edib.



Zaur, BakuPost
Seçilən
16
bakupost.az

1Mənbələr