AZ

"Çox razı qaldım, amma..." - Vitali Borisov

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov AÇ-2026-nın əsas mərhələsində evdə İsveçə qarşı keçirdikləri oyundan (3:3) sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, yığmamızın çalışdırıcısı belə danışıb:

"Oyuna çox yaxşı başlamışdıq, hətta qol da vurduq. Lakin cərimələrimizin sayı çox idi. Artıq 12 dəqiqə ərzində 5 dəfə qayda pozuntusuna yol vermişdik. Bundan sonra öz oyunumuzu oynaya bilmədik. İkinci hissəyə də yaxşı başladıq, komandanın oyunundan çox razı qaldım, amma yığmada görəcəyimiz çox iş var".

Seçilən
3
fanat.az

1Mənbələr