ABŞ Suriyaya diplomatik nümayəndə göndərmək imkanlarını araşdırır.
APA xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
“Biz təhlükəsizlik məsələləri və digər amillər üzərində işləyirik”, - Miller vurğulayıb.
Onun sözlərinə görə, səfərlə bağlı son qərar hələ verilməyib.