AZ

Van Yi: Çin-Rusiya münasibətləri üçüncü tərəflərə qarşı yönəlməyib

Pekin və Moskva arasındakı münasibətlər üçüncü tərəflərə qarşı yönəlməyib və xarici müdaxiləyə məruz qalmır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi bildirib.

“Çin və Rusiya qarşıdurmadan daha çox dialoqa, müttəfiqlikdən daha çox tərəfdaşlığa sadiqdirlər və böyük ölkələr arasında münasibətlərin ümumi sabit və balanslı inkişafına kömək edir”, – deyə o vurğulayıb.

Van Yi vurğulayıb ki, Rusiya ilə Çin arasında münasibətlər bloklara qoşulmamaq, qarşıdurma yaratmamaq və üçüncü tərəfləri hədəf almamaq prinsipləri əsasında qurulub. Bundan əlavə, onlar xarici amillərin müdaxiləsinə məruz qalmırlar.

Seçilən
17
nocomment.az

1Mənbələr