AZ

Türkiyənin həmin həbsxanadakı axtarışları başa ÇATDI

“Aparılan axtarış işləri zamanı həbsxanada hansısa canlıya rast gəlinməyib”.

Viral.az xəbər bunu AFAD sədri Okay Memiş Sednaya həbsxanasındakı araşdırmalarla bağlı verdiyi açıqlamada bildirib.

Memiş Türkiyənin Dəməşqdəki səfirliyinə yerli hakimiyyət orqanlarının müraciəti ilə bölgəyə getdiklərini və bu gün hava açılan kimi həbsxanada işə başladıqlarını bildirib.

Son Yazılar:

Qurum rəsmisi bildirib ki, binanın 3 sektorunda 120 nəfərlik şəxsi heyət, 4 axtarış-xilasetmə iti, 43 nəqliyyat vasitəsi, texnoloji cihaz və avadanlıqla aparılan axtarış işləri artıq başa çatıb.

“Binanın hər bir mərtəbəsini, birinci mərtəbəsini, hücrələrini, palatalarını və binanın hər bir hissəsini çox diqqətlə yoxladıq.

Bundan əlavə, orada minalanmış ərazi də var. Həmin ərazi yerli hakimiyyət orqanları ilə birlikdə tamamilə təmizləndikdən sonra biz gələcəkdə ətraflı axtarış işlərini davam etdirə bilərik”.

Seçilən
17
4
viral.az

5Mənbələr