AZ

“The Best”in qalibi müəyyənləşdi - Yenilənib

FİFA-nın “The Best” mükafatının kimin alacağı bəlli olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Globo Esporte” nəşri məlumat yayıb. 

Qalib “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniyor olacaq. 

Mükafatın digər namizədləri Cud Bellingem, Kilian Mbappe, Dani Karvaxal, Federiko Valverde (hamısı “Real”), Lionel Messi (“İnter Mayami”), Lamin Yamal (“Barselona”), Erlinq Haaland, Rodri (“Mançester Siti”), Florian Virts (“Bayer”) və karyerasını bitirmiş Toni Kroos olub. 

Qeyd edək ki, sözügedən mükafat futbolçuların 2023-ci ilin 21 avqustundan 2024-cü ilin 10 avqustuna qədər göstəricilərini nəzərə alır. Qalib isə yığmaların kapitanları və baş məşqçiləri, azarkeşlər və media nümayəndələri tərəfindən seçilir.

***
 

FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu il bu ada Braziliya millisinin və İspaniyanın “Real” (Madrid) klubunun oyunçusu Vinisius Junior layiq görülüb.

İspaniya nəhənginə rəhbərlik edən Karlo Ançelotti ən yaxşı baş məşqçi olub.

İngiltərənin “Aston Villa” klubundan Emiliano Martines ən yaxşı qapıçı seçilib.

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Alexandro Qarnaçonun qolu isə 2024-cü il üçün “Ferents Puşkaş” mükafatına layiq görülüb. Argentinalı hücumçu “The Best FIFA Football Awards” tədbirində mükafatlandırılıb. O, ötən il Premyer Liqada “Everton”la matçda vurduğu qola görə təltif edilib.

Xatırladaq ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Yassin Benzyanın Əlcəzair millisinin heyətində vurduğu qol da yer almışdı.

Seçilən
17
qafqazinfo.az

1Mənbələr