Ukrayna millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik dopinq testinin müsbət çıxmasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, ukraynalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bu xəbərin onun üçün əsl şok olduğunu söyləyib:
“Bu xəbər mənim üçün əsl şok oldu, çünki mən heç vaxt belə bir şey istifadə etməmişdim. İndi hər şeyi öyrənmək üçün tam yardım göstərirəm.
Bilirəm ki, qadağan olunmuş heç nə etməmişəm. Ümid edirəm ki, tezliklə meydana qayıdacam”.
23 yaşlı Mudrik ötən ilin yanvarında “Çelsi”yə keçib və londonlularla 8 illik müqavilə imzalayıb.