Mayotda “Şido” qasırğasından sonra ölənlərin sayı 20 nəfərə çatıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Fransua Bayru deyib.
“Bu günə olan məlumata görə, yaralananların sayı 1700 nəfərə çatıb ki, onların da 200-ü ağır durumdadır”, - F.Bayru bildirib.
O, bu rəqəmlərin yekun göstərici olmadığını, ölən və yaralananların sayının arta biləcəyini vurğulayıb.
Qeyd edək ki, Mayotda “Şido” qasırğası dekabrın 14-də başlayıb.