AZ

"Aşağılamağa çalışdılar, amma mən dünyanın ən yaxşı oyunçusuyam"

style='margin-bottom:10px;'>

Braziliya millisinin və "Real"ın futbolçusu Vinisius Junior "The Best" mükafatına layiq görülməsi barədə danışıb.

QOL.az xəbər verir ki, 24 yaşlı hücumçu 2024-cü ilin ən yaxşı futbolçusu seçilməsinə belə münasibət bildirib:

“Gəldim və mükafatı qazandım. Mən bu gün bir çox kumirlərinin bu kuboku qaldırmasını izləyən o balaca uşağın adından yazıram. Artıq mənim vaxtım gəldi. Bəli, mən dünyanın ən yaxşı oyunçusuyam və bunun üçün çox mübarizə aparmışam.

Məni aşağılamağa, dəyərsizləşdirməyə çalışdılar və indi də çalışırlar. Amma hazır deyillər. Heç kim mənə nə üçün mübarizə aparacağımı və necə davranacağımı deyə bilməz. 

Özüm və ailəm üçün qalib gəldim. Bu yolda mənə "Flamenqo", "Real", Braziliya millisi, yüzlərlə komanda yoldaşım, gündəlik həyatımda ətrafımda olan insanlar və azarkeşlər dəstək oldular. Mən dünyanın ən yaxşı oyunçusuyam”.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr