4 mövsümdür "O Səs Türkiyə”də münsiflər heyətində yer alan Ebru Gündeşin verilişdən ayrılacağı dəqiqləşməsə də pərəstişkarların narahatçılığına səbəb olub. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, pərəstişkarları X (Twitter) platformasında #EbruGündeşOSese həştəqi ilə Türkiyə gündəminə düşməyi bacarıblar. Qısa müddətdə səsini eşitdirməyi bacaran Gündeşin pərəstişkarları 15.000-ə yaxın tvit paylaşıblar, və bu Fransa trendində 20-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, "O Ses Türkiye"dən Ebrunun yarışmada qalıb qalmayacağı barədə heç bir rəsmi məlumat verilməyib.