"Hazırkı informasiya məkanında, məlumat bolluğu şəraitində doğru, etibarlı və qərəzsiz informasiya əldə etmək üçün media savadlılığına xüsusi ehtiyac var".TehsilForumu.Az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov “Media savadlılığı” konfransında çıxışı zamanı bildirib.O qeyd edib ki, media savadlılığı — ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığıdır.“İnformasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini dərk etmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək və mediada yayılan məlumatların, hadisələrin həmişə reallığı əks etdirmədiyini anlamaq media savadlılığının əsasını təşkil edir.Nəzərə alsaq ki, dünya üzrə orta gündəlik sosial media istifadəsi 145 dəqiqədir, informasiyadan düzgün istifadə təkcə jurnalistlər üçün deyil, hər kateqoriyadan insan üçün də olduqca böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə media savadlılığının hər bir insanın təhsilində özünə yer alması çox mühümdür.Media savadlılığının müxtəlif səviyyələrdəki təhsil proqramlarına daxil edilməsi artıq günün zərurətinə çevrilib”, - deyə İ.Səttarov vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta