AZ

Bir zənglə Ukraynadakı münaqişəni bitirə bilər

"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə bir zəng etsə, Ukraynadakı münaqişəyə son qoya bilər".

Publika.az xəbər verir ki, bunu Nyu Yorkdakı Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks jurnalist Taker Karlsona müsahibəsində bildirib .

Onun sözlərinə görə, Ukrayna münaqişəsini başa çatdırmaq üçün Tramp sadəcə telefonu götürməli, Putinə zəng etməli və 30 il ərzində NATO-nun Şərqə genişləndirilməsi cəhdlərinin hazırda Ukraynada baş verənlərə səbəb olan "yolverilməz və lazımsız təxribat" olduğunu söyləməlidir.

Saks düşünür ki, Tramp bunu etiraf edərsə, döyüşlər eyni anda bitəcək.

O qeyd edib ki, bu söhbətdən sonra tərəflər yalnız sülh sazişinin təfərrüatlarını razılaşdırmalıdırlar. Professorun sözlərinə görə, Ukraynadakı münaqişəni həll etmək üçün təkcə atəşkəsə nail olmaq yox, onun kök səbəbini həll etmək lazımdır.

Seçilən
20
1
publika.az

10Mənbələr