AZ

Dənizkənarı Bulvar İdarəsi bu şirkətə 300 min AZN ödəyəcək

Bulvarda "Panorama” attraksionunda texniki təhlükəsizlik ekspertizası və sınaq işlərinin aparılması, təmir və illik texniki xidmətləri 298 756 AZN başa gələcək.

 

Pravda.az-ın xəbərinə görə, "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsi xidmətləri göstərəcək şirkətlə - "Storm-Engineering" MMC ilə müqavilə bağlayıb. 

 

Qeyd: Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Adil oğlu Ağalarov, MMC-nin qanuni təmsilçisi isə Elxan Əbülfət oğlu Sərdarovdur.

 

Cabir Həsənov

Tarix: 18 Dekabr 2024, 08:24   
Seçilən
22
pravda.az

1Mənbələr