AZ

Rusiya bu ərazini ƏLƏ KEÇİRDİ - Ukrayna əks-hücuma HAZIRLAŞIR

Rusiya qüvvələri Donetsk vilayətinin Solntsevka kəndini ələ keçiriblər.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya silahlı qüvvələri Donetsk vilayətində irəliləməyə davam edir.

Onların son hədəfi Solntsevka kəndi olub, bu yaşayış məntəqəsi tam olaraq ələ keçirilib.

Eyni zamanda, ruslar digər ərazilərdə də fəallığını artırıb. Belə ki, Rusiya qüvvələri Novotroitskoye, Berestki, Zelenovka, Novy Komar, Storozhevoe, Kuraxovo, Puşkino, Daçensk və Vidrodjenni istiqamətlərində irəliləyişlər əldə ediblər.

Ukrayna tərəfi vəziyyətin ciddi olduğunu bildirərək, əks-hücum planlarını davam etdirir. 

Musavat.com

Seçilən
38
39
musavat.com

10Mənbələr