ABŞ yaxın bir neçə il ərzində İngiltərənin şərqindəki Suffolkdakı Lakenheath hərbi bazasında taktiki nüvə silahı yerləşdirə bilər. Ulusum.az xəbər verir ki, bu barədə The Daily Telegraph yazıb.Hesab edilir ki, amerikalılar Böyük Britaniyaya 1945-ci ildə Xirosimaya atılan bombanın gücündən üç dəfə çox döyüş başlığı göndərə bilər. Nəşr həmçinin qeyd edib ki, Böyük Britaniya və Fransa ABŞ-dan hərbi asılılığı azaltmaq üçün taktiki nüvə silahlarının birgə hazırlanması imkanlarını müzakirə edirlər.Hazırda NATO-nun Belçika, İtaliya, Hollandiya, Türkiyə və Almaniyadakı bazalarında 100-ə yaxın Amerika B61 nüvə bombası yerləşdirilib. F-35 qırıcılarının daşıya biləcəyi bu bombalardan daha 150-yə yaxını ABŞ-ın özündə saxlanılır.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Hansı quşların əti zərərlidir?
Yaxta kirayəsi adı ilə vətəndaşları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıb - FOTO
Sarımsağın cana faydaları