AZ

Millimiz heç-heçə ilə başladı

VRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu keçirib.

Msport.az xəbər verir ki, komandamız Bakı idman Sarayında İsveçlə qarşılaşıb.

Oyuna fəal başlayan millimiz 2-ci dəqiqədə hesabı açıb. Oktay Rüstəmli rəqib torunu silkələyib. Fasiləyə qədər skandinavlar tablodakı rəqəmlərə tarazlıq gətirdi. Elə komandalar fasiləyə sülhlə yollandı. İkinci hissəyə də millimiz fəal başladı. Bu dəfə Xəzər Ağalızadə fərqlənməklə komandamıza yenidən üstünlük qazandırdı. 25-ci dəqiqədə isə Tofiq Mikayılovun müdafiənin arxasına ötürməsini Emil Həsənzadə əla ram edib çərçivəyə istiqamətləndirsə də, yolüstü qapıçının toxunduğu “yuvarlaq meşin” dirəyə dəyib geri qayıtdı.

27-ci dəqiqədə Oktayın dubl etməsi üçün azacıq dəqiqlik çatmadı. Əvəzində 34 və 38-ci dəqiqələrdə qonaqlar ardıcıl 2 qol vurdu və matçda ilk dəfə hesabda önə keçdi. Sona 2 saniyə qalmış Oktay Rüstəmli hesabı bərabərləşdirməklə komandamıza ilk xalı qazandırdı.

Seçilən
0
2
msport.az

3Mənbələr