İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ?Head Property? MMC-ni dövlət qeydiyyatına alıb.
Banker.az xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 1 700 000 manatdır və qanuni təmsilçisi İsa Bünyad oğlu İsayevdir.
İsa İsayev 2 Sentyabr 1983-cü ildə Naxçıvan MR Şərur rayon, Çərçiboğan kəndində anadan olub. 2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit ixtisasını bitirib.
İlk əmək fəaliyyətinə 2007-ci ildə “Aqrarkredit” SKT-nin Naxçıvan filialında kredit mütəxəssisi olaraq başlayıb. 2008-ci ildən “Naxçıvanbank” ASC-də əmək fəaliyyətini davam etdirir və dekabr 2011-ci ildən İdarə Heyətinin sədr müavini olub.
Xatırladaq ki, “Naxçıvanbank” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına çevrildiyini elan etmişdir.
Yeni şirkət “E-Kredit”BOKT və bağlanmış bankla eyni hüquqi ünvanda ? Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27-də qeydiyyatdan keçib.