AZ

Adelin məşhur mahnısı dünyada qadağan edildi

Rio-de-Janeyro məhkəməsi musiqi sənayesi üçün rezonans doğuran qərar qəbul edib.

Kulis.az xəbər verir ki, məşhur britaniyalı müğənni Adelin 2015-ci ildə yayımlanan "Million years ago" mahnısının plagiat olduğu bildirlib.

Bu səbəbdən mahnı bütün platformalardan silinməlidir.

Hakim trekin braziliyalı müəllif Toninyo Gerayeşanın "Mulheres" samba kompozisiyası ilə oxşarlığını tanıyıb. Sözügedən mahnı artıq 1995-ci ildə yazılıb.

Məhkəmənin hökmünə əsasən, Adelin mahnısının platformalardan, radio və televiziya yayımlarından dərhal çıxarması tələb olunur. Bu qərarın pozulacağı təqdirdə 8 min dollar cərimə nəzərdə tutulur.

Seçilən
12
kulis.az

1Mənbələr