AZ

Netanyahu Suriyada işğal edilmiş ərazilərə GETDİ

İsrailin Baş naziri Benyamin Netanyahu Baas rejiminin devrilməsindən sonra Suriyada İsrail ordusunun işğal etdiyi bufer zonada yerləşən Hermon dağına səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə İrsail mətbuatı məlumat yayıb. 

Netanyahunu İsrailin müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Herzi Halevi də daxil olmaqla bəzi rəsmilərin müşayiət etdiyi bildirilib.

Qeyd olunub ki, baş nazir Netanyahu İsrail ordusunun işğal olunmuş bölgəyə yerləşdirməsini nəzərdən keçirib. Müdafiə naziri Katz Netanyahu ilə getdiyi Herom dağında qiymətləndirmələr aparıb.

İsrailin hücumları və Suriyanın işğalı

Noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra və dekabrın 8-də 61 illik Baas rejiminin süqutu ilə eyni vaxtda İsrail ordusunun Suriyaya hücumları artıb.

Rejim ordusundan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayan İsrail ordusu Suriya ərazisi olan Qolan təpələrinin işğalını genişləndirib. Qolan təpələri ətrafındakı bufer zonasına daxil olan İsrail ordusu işğalı daha da irəli apararaq paytaxt Dəməşqin 25 kilometrliyinə yaxınlaşıb.

İsrail 1967-ci ildən Suriyanın Qolan təpələrini işğal edib. Bufer zonanın və demilitarizasiya zonasının sərhədləri 1974-cü ildə İsrail ilə Suriya arasında imzalanan Qoşunların Çıxarılması Müqaviləsi ilə müəyyən edilib.

Gülayə Mecid  

Seçilən
16
unikal.az

1Mənbələr