Sosial şəbəkələrdəki müzakirələrdə böyük əksəriyyət Sumqayıtdakı hadisəyə görə 38 nömrəli məktəbin müəllimini ittiham edir, onu əsəblərinə hakim ola bilməmədkə qınayır.
Bəs şagirddə heçmi günah yoxdur?
Demokrat.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov müəllimin müdafiəsinə qalxıb:
“Bütün cəmiyyət müəllimi müqəddəs sayır, amma ən müqəddəs insanı belə bezdirəcək, özündən çıxaracaq vəziyyətə gətirən şagirdlər və onların valideynləri niyə sorğulanmır? Bir uşağa tərbiyə vermək ailənin vəzifəsidir, müəllimin yox. Müəllimin işi öyrətməkdir, amma indi o, sinifdə sanki nizam-intizamı bərpa etməyə çalışan “hakim” roluna çevrilib”.
Ekspert deyib ki, öz övladına düzgün davranmağı, hörmət etməyi, məsuliyyəti öyrətməyən valideyn müəllimdən nə tələb edə bilər?
“Siniflər idarəolunmaz vəziyyətdədir, şagirdlərin tərbiyəsi, davranışı artıq biabırçılıq həddindədir. Müəllimi günahlandırmadan öncə özünüzdən soruşun: Mən övladımı necə böyütmüşəm?”, - K.Əsədov müəllimləri qınayanlara səslənib.
3Mənbələr
-
nocomment.azTəhsil eksperti şagirdə stul atan müəllimi müdafiə etdi: Uşaqda heçmi günah yoxdur?! ( 14116096)
-
demokrat.azTəhsil eksperti şagirdə stul atan müəllimi müdafiə etdi: Uşaqda heçmi günah yoxdur?! ( 14083828)
-
modern.azTəhsil eksperti şagirdə stul atan müəllimi müdafiə etdi: Uşaqda heçmi günah yoxdur?! ( 14082976)