AZ

“Səhiyyə sistemimizdəki problemlərin aradan qaldırılması üçün işlər görülür” - Araz Nəsirov

“Hazırda səhiyyə sistemimizin problemləri var ki, bunların aradan qaldırılması üçün işlər görülür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyib.

Onun sözlərinə görə, həkimlərin 60-70%-i Bakıda cəmləşib və regionlarda həkim çatışmazlığımız var.

“Yaxşı, 3-cü səviyyə ximət Bakıdadır düşüncəsi ilə insanlar Bakıya axın edirlər. Biz ölkənin 5 rayonunu birləşdirib tibbi ərazi bölmələri yaratmışıq. Quba, Şəmkir, Gəncə, Şirvan kimi böyük şəhərlərdə multidisiplinar regional xəstəxanalar yaratmışıq ki, vətəndaşlarımıza regionlarda da 3-cü səviyyə xidmət göstərə bilək”.

Bildirib ki, bu imkanlar regionlarda həkimlərin artmasına kömək edəcək.

Mina Mikayılova

Seçilən
11
bakivaxti.az

1Mənbələr