AZ

Kakaonun qiyməti yeni maksimuma çatıb

Şokoladın əsas inqrediyenti olan kakaonun qiyməti yeni maksimuma çatıb. Nyu-Yorkda kakao fyuçersləri bir ton üçün 11 938 dollara yüksələrək növbəti rekordu vurub. Bu, dünya kakao istehsalının təxminən dörddə üçünün təşkil etdiyi Qərbi Afrikadan mənfi hava şəraiti və tədarük çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda baş verir.

Hollandiyanın ING bankının strateqləri hesab edirlər ki, kakao və qəhvə bazarlarında davam edən gərginlik, eləcə də hava şəraiti ilə bağlı qeyri-müəyyənlik gələn il ərzində qiymətləri dəyişkən saxlayacaq.

ING-nin araşdırmasına görə, 2023-2024-cü illərdə qlobal kakao bazarı son 60 ilin ən böyük kəsiri ilə üzləşib. Bu, dünyanın ən böyük kakao istehsalçıları olan Kot-d?İvuar və Qanada məhsul çatışmazlığı ilə əlaqədardır.

Analitiklər gələn il kakao qiymətlərinin yüksək qalacağını proqnozlaşdırırlar. Qeyd edək ki, qəhvə qiymətləri də 2024-cü ildə kəskin artıb.

Seçilən
3
banker.az

1Mənbələr