AZ

Xəstəxanalara 1.8 milyarda yaxın büdcə ayrılıb -

"Regionlarda səhiyyə sistemi ilə bağlı problemlər var".Metbuat.az Trend-ə istinadən xəbər verir ki, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbiri zamanı çıxış edərkən deyib.O bildirib ki, regionlarda ciddi həkim çatışmazlığı var."Çünki həkimlərin 60-70 faizi Bakıda cəmləşib. Bu problemləri həll etmək üçün regionlarda ürək mərkəzləri, onkoloji mərkəzlər yaratmışıq. İnanırıq ki, bunlar regionlarda həkimlərin artmasına kömək edəcək", - o əlavə edib.Onun sözlərinə görə, TƏBİB tabeli xəstəxanalara bu gün 1.8 milyarda yaxın büdcə ayrılıb.

"Hazırda 90 tibb müəssisəsi var, onlardan 25-i özünü maliyyələşdirir, digərlərinin də gələcəkdə maliyyələşdirməsi nəzərdə tutulub", - o bildirib.

Seçilən
4
3
metbuat.az

7Mənbələr