Bakı, TurkicWorld
İsrail xarici işlər nazirinin müavini Şaren Haskel Suriyada prezident Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətiə gələn “Heyat Təhrir əl-Şam”ın lideri “Əbu Məhəmməd əl-Culani”ni “qoyun dərisinə bürünmüş canavar” adlandırıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, mətbuat konfransında Haskel, Əl-Culaninin ekstremist qruplaşmalara bağlılığını göstərən bir qrup fotoşəkil nümayiş etdirib.
“Biz Suriaydakı qrupların kim olduğunu bilirik və adlarını dəyişsələr də, onların Qərb üçün nə qədər təhlükəli olduğunu anlayırıq. Bunlar terror təşkilatlarıdır… (Əl-Culani) isə qoyun dərisinə bürünmüş canavardır”-deyə o qeyd edib.
Əsl adı Əhməd Əl-Şara olan Əl-Culani 2003-cü ildə ABŞ-ın işğalından sonra İraqda Əl-Qaidə sıralarında döyüşüb.
Daha sonra o, “Əl-Qaidə”nin Suriyada “Əl-Nusra Cəbhəsi” adı altında bir qolu yaradıb və bir müddət İŞİD-lə müttəfiq olub.
Onun təşkilatı 2016-cı ildə Əl-Qaidədən ayrıldıqdan sonra dini azlıqlara “təminat” məktubu göndərib.
Buna baxmayaraq, “Heyat Təhrir əl-Şam” bir çox Qərb ölkələrində terror təşkilatı kimi təsnif edilir və BMT-nin dəstəklədiyi sanksiyalara məruz qalır.