Müxaliflərin nəzarətinə keçən Suriyada devrilən lider Bəşər Əsədin ordusunda xidmət etdiyi iddia olunan və ölkədəki bir çox qətliamda əli olduğu deyilən qadın zabitin görüntüləri qısa müddətdə viral oldu.
Medianews.az milli.az-a istinadən xəbər verir ki, videonu paylaşanlar “Bu qadının dərhal tapılması və hesab verməsi lazımdır” şərhini yazıblar.
Video görüntülərdə ölkədəki bir çox qətliamda əli olduğu iddia edilən qadın zabit Əsədin şəkilləri qarşısında sol əli ilə salam verdiyi gürülür.
Qeyd edək ki, Suriyada Bəşar Əsədin 8 dekabr bazar günü devrilməsi ilə yalnız 24 illik dövlət başçılığı sona çatmadı, eyni zamanda ailəsinin 50 ildən çox davam edən Suriya hakimiyyəti də bitdi.