AZ

Netanyahudan Suriya ərazisində tarixi mesaj - FOTO

Suriyada 61 illik "Bəəs" rejiminin devrilməsinin ardınca İsrailin baş naziri Binyamin Netanyahu yeni addım atıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, dekabrın 7-dən sonra Hermon dağında işğal olunmuş ərazidə çıxış edən Netanyahu bu yerin "İsrailin təhlükəsizliyi üçün əhəmiyyətini artırdığını" və Suriya ərazisinə girən ilk İsrail lideri olduğunu bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu Suriyanın Hermon dağında başlayan bufer zonanın işğalının "İsrailin təhlükəsizliyini təmin edəcək bir tənzimləmə tapılana qədər" davam edəcəyini bildirib.

Ekspertlər İsrailin hərəkətlərinin 1974-cü il atəşkəs razılaşmasını pozduğunu və onsuz da qeyri-sabit olan regionda sabitliyi daha da poza biləcəyini iddia edirlər.

İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrail Müdafiə Qüvvələri Livan və Suriya sərhədinə yeni birliklər yerləşdirib.

Qeyd edək ki, noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra dekabrın 8-də 61 illik Baas rejiminin süqutu ilə eyni vaxtda İsrail ordusunun Suriyaya hücumları artıb. İsrail ordusu rejim ordusundan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayıb və Suriya ərazisi olan Qolan təpələrinin işğalını genişləndirib.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
19
1
milli.az

2Mənbələr