AZ

Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Ötən gecə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, bəzi yerlərdə güclü qərb küləyi əsib.

Korrespondent.az bildirir ki, Milli Hidrometrologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, 

küləyin sürəti Bakıda, Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s olub. Bu narıncı xəbərdarlığa uyğundur.

Küləyin sürəti Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib. Bu isə sarı xəbərdarlığa uyğundur.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
10
49
korrespondent.az

10Mənbələr