AZ

Anar Bağıov: "Məqsəd vətəndaşların hüquqi yardıma çatımlığını təmin etməkdir"

"Son illərdə ölkəmizdə vəkillik peşəsinə böyük maraq var. Gənc hüquqşünaslar vəkil olmağı arzulayırlar və kütləvi şəkildə vəkilliyə qəbul imtahanında içtirak etmək üçün müraciət edirlər. Məhz bunun nəticəsində son 6 ildə artıq 14-cü dəfədir ki, vəkilliyə qəbul üzrə imtahanı keçirilir".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kkollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu müddət ərzində 5500-ə yaxın hüquqşünas vəkilliyə qəbul imtahanında iştirak edib: "1800-dən çox hüquqşünas bu imtahanlarda uğur əldə edib və bu gün vəkil kimi fəaliyyət göstərir. Məhz aparılan işlərin nəticəsidir ki, ölkəmizdə vəkillərin sayı son illərdə 3 dəfə artıb. Artıq Azərbaycanda 2500-dən çox vəkil fəaliyyət göstərir. Təbii ki, bu da son rəqəm deyil. Ölkəmizdə vəkillərin sayı ilbəil artacaq".

Sədr vurğulayıb ki, vəkillərin sayının artırılmasında məqsəd vətəndaşların hüquqi yardıma çatımlığını təmin etməkdir.

A.Bağırov deyib ki, Vəkillər Kollegiyası imtahanların müntəzəm keçirilməsi üçün bütün lazımı işləri görür: "İmtahanlar tam şəffaf qaydada keçirilir.Obyektivlik, şəffaflıq, hesabatlılıq tam təmin olunub. Buna görə də imtahanların nəticələrindən heç bir narazılıq yoxdur".

Şəbnəm Mehdizadə

Seçilən
18
e-huquq.az

1Mənbələr