AZ

TFF ''Fənərbaxça'' və ''Kasımpaşa''nı fikrindən daşındırdı

Məlum olduğu kimi bu mövsüm ''Fənərbaxça'' və ''Kasımpaşa'' Türkiyə kubokunda çıxış etməkdən imtina etmək niyyətində idi.

Bu klubların hər ikisi son püşkatma mərasiminə nümayəndə göndərməmişdi. Amma dünən bu məsələni müzakirə etmək üçün Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu hər iki klubun rəsmiləri ilə görüş keçirdi.

Federasiyanın binasında baş tutan görüşün ardından jurnalistlərə açıqlamalar verən Hacıosmanoğlu bunları dedi:

''Sağ olsunlar, hər iki klubun nümayəndələri təklifimizi qəbul edərək bura gəldi. ''Fənərbaxça'' hələ ötən mövsüm idarə heyətinin qərarı ilə kubokdan çəkilmək qərarını vermişdi. ''Kasımpaşa'' da bu ilki turnirdə iştirak etməyəcəyini ötən mövsümdən bildirmişdi. Hər iki klub kubokun gəlirlərinin aşağı olmasından narazıdı. Amma onların çəkilməsi futbolumuzun marka dəyərinə ziyan vura bilərdi. Ona görə də hər iki klubu fikrindən daşındıra bildik. İkisi də turnirə qatılacaq. Biz də onların problemini müzakirə etmək üçün idarə heyəti olaraq toplantı keçirəcəyimizə söz vermişik. Düzdü, ''Fənərbaxça'' düşünmək üçün zaman istəyib. Əli Koç bu məsələni idarə heyətində müzakirəyə çıxaracaqlarını deyib. Amma inanıram ki, onlar futbolumuzun marka dəyərini düşünüb kuboka qatılacaqlar''.

Hacıosmanoğlu sonda bildirib ki, kuboka qatılmaqdan imtina edən klubların aşağı liqaya göndəriləcəyi ilə bağlı yayılan şayiələr əsassızdı.

ƏLİ
Seçilən
6
football-plus.az

1Mənbələr