AZ

Ölkə əhalisinin 52 faizi İcbari Tibbi Sığorta xidmətlərindən istifadə edir

"2023-cü il ilə müqayisədə etdikdə görürük ki, İcbari Tibbi Sığortaya müraciət edən pasiyent sayında və göstərilən xidmətdə 5,10,20 faiz artım var".

Bakıvaxtı.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  Strateji İnkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində bildirib. 

Onun sözlərinə görə, ölkə əhalisinin sadəcə 52 faizi İcbari Tibbi Sığorta xidmətlərindən istifadə edir. Bu rəqəm artıqca maliyyə yükü də artacaq və bunun üçün əlavə maliyyə qaynağı tapılmalıdır: 

"Bu baxımdan həyata keçirilən investisiyaların önəmi böyükdür. 2023-cü ilə qədərki dövrədə tək investisiyalardan əldə olunan gəlir 135 milyonu ötüb. Yanlız 2024-cü il üçün 74 milyonu keçib.

Bu çox ciddi rəqəmdir".

Mina Mikayılova

Seçilən
17
bakivaxti.az

1Mənbələr