AZ

Lirə rekord həddə ucuzlaşdı

Türkiyənin rəsmi dövlət valyutası olan türk lirəsi dəyər itirməkdə davam edir.

“Qafqazinfo” Bloomberg-ə istinadən xəbər verir ki, son sutka ərzində lirə dollar qarşısında bir qədər də ucuzlaşaraq 1/35 səviyyəsinə enib. Hazırda birjalarda bir dollar 35 lirədən baha ticarət olunur. Bu da rekord həddə ucuzlaşma deməkdir.

1 avro isə 37 lirə həddinə yaxınlaşmaqdadır.

Qeyd edək ki, Türkiyə valyutası son 12 ildə dollar qarşısında 7 dəfəyə yaxın dəyər itirib.

"Cebheinfo.az"

Seçilən
4
4
cebheinfo.az

5Mənbələr