"Sevilya"nın "Qarabağ"ın üzvü Olavio Juninyonu transfer etmək istəməsi hamıya bəllidir.

Offsideplus.az xəbər verir ki, artıq klub rəsmiləri yerli mediaya açıqlamasında məlumatı təsdiqləyib. Keçidlə bağlı bəzi məsələlər aydınlaşıb. Redaksiyamıza daxil olan məlumata görə, ilkin təklif Ağdam təmsilçisinin xoşuna gəlməyib. "Sevilya" rəsmiləri Juninyo üçün vermək istədiyi təklif az olub. Futbolçunun "Qarabağ"dan ayrılmaq istəməsi, ispanları ümidləndirib. "Köhlən atlar" La Liqa təmsilçisinin futbolçu üçün yeni təklifi gözləyir. Məbləğ Ağdam təmsilçisinin ürəyincə olsa, braziliyalının satılmasına razılıq verilə bilər. Futbolçunun müqaviləsində sərbəstqalma bəndinin olmaması son Azərbaycan çempionunun işinə yarayır. 

Qeyd edək ki, Juninyo bu mövsüm "Qarabağ"ın heyətində 25 matçda meydana çıxıb. Forvard bu görüşlərdə 10 qol vurub, 3 məhsuldar ötürmə edib.