AZ

Generalİqor Kirillovu öldürən terrorçu saxlanıldı- SENSASİONDETALLAR AÇIQLANDI

 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada baş vermiş terror aktının icraçısını saxlayıb.

Musavat.com xatırladır ki, terror aktı nəticəsində general-leytenant İqor Kirillov həlak olmuşdu.

FSB-nin məlumatına görə, saxlanılan şəxs Özbəkistan vətəndaşıdır. Onun sözlərinə əsasən, həmin şəxs Ukraynanın xüsusi xidmət orqanları tərəfindən ələ alınıb

Terror aktını həyata keçirmək üçün icraçı  avtomobil icarəyə götürüb. Daha sonra həmin avtomobilə Wi-Fi kamerası quraşdıraraq görüntüləri terror aktını təşkil edənlərə, Dnepropetrovsk şəhərinə canlı şəkildə ötürüb.

Məlumata görə, terror aktının təşkilatçıları ona əməliyyatı yerinə yetirmək qarşılığında 100 min dollar mükafat və Avropa İttifaqına çıxış vəd ediblər.

Hazırda FSB hadisə ilə bağlı genişmiqyaslı istintaq aparır və təşkilatçılarla əlaqəli olan digər şəxslərin müəyyən edilməsi istiqamətində işləri davam etdirir.

Seçilən
10
3
musavat.com

10Mənbələr