Tibb qeydiyyat üzrə sənədləşmə işlərinin elektronlaşması mütləqdir.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O müasir rəqəmsallaşma ilə ayaqlaşmağın vacibliyini vurğulayıb:
"Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayır və yaxın zamand təqdimatı nəzərdə tutulur".