2011-ci ildən bəri ölkədən qaçan suriyalıların yarısının vətənlərinə qayıdacağına ümid edirik.
Azpost.info xəbər verir ki, bunu Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əbu Muhəmməd Əl-Culani bildirib.
“Suriyalılar bir çox ölkədə sığınacaq tapdı, lakin onları ən çox Türkiyə qəbul etdi, digərlərindən daha çox onlara hörmətlə yanaşdı. Ümid edirəm ki, Suriya bunu unutmayacaq”, – o deyib.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə ərazisində 2,9 milyondan bir qədər çox suriyalı qaçqın var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etmək planlarını açıqlamışdı. Bəşər Əsədin devrilməsindən sonra suriyalılar Türkiyədən vətənlərinə qayıtmağa başlayıblar.
Azpost.info