Gürcüstanın Qori şəhərində müxalif “Birlik – Milli Hərəkat” partiyasının ofisində partlayış baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın müxalif “Formula” telekanalı məlumat yayıb.
Gürcüstanın Qori şəhərində müxalif “Birlik – Milli Hərəkat” partiyasının ofisində partlayış baş verib. B Şüşə sınıb, ofisdəki avadanlıqlar xarab olub. Təfərrüatlar dəqiqləşdirilir.
Bu, partiya ofisinə hücumun ilk hadisəsi deyil. 1 iyun təqribən 100 naməlum şəxs Tbilisidə “Birlik – Milli Hərəkat”ın ofisinə hücum edib.
Xuraman Etibarlı
İnterpress.az