Demokrat.az xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyib:
O təəssüf bildirib ki, hazırda səhiyyə sistemimizin problemləri var:
“Çalışırıq ki, son 4-5 ildə olan problemləri aradan qaldıraq. Həkimlərimizin 60-70%-i paytaxtda cəmləşib. Regionlarda ciddi həkim çatışmazlığı var. İnsanlar "yaxşı xidmət Bakıdadır" anlayışı ilə Bakıya axın edirlər. TƏBİB-in adında olan tibbi ərazi bölmələri ifadəsini həyata keçirməyə çalışırıq. Bölgələrdə regional xəstəxanalar yaratmışıq. Bunu vətəndaşlara 3-cü səviyyə xidmət göstərə bilmək üçün etmişik. İşlərə komanda ilə birlikdə davam edəcəyik. Nəticədə həkimlər də regionlara üz tutacaq.
Dünya standartlarını ölkəmizdə tətbiq etmək üçün çalışırıq".
Əfsanə Kamal
Demokrat.az