AZ

"Regionlarda ciddi həkim çatışmazlığı var"— TƏBİB rəsmisi

"Bu yaxınlarda Çində idim. Bizi infrastrukturlarla tanış etdilər. Diqqətimi çəkən məqam odur ki, rəqəmsallaşmanın tətbiqi ilə rəqəmsal olmaq eyni şey deyil. Bir çox qurumlarımız hansısa avtomatlaşma işlərini tətbiq edirlər. Ancaq bu dijitallaşma demək deyil. Dünyada süni intellekti hər sahədə tətbiq edirlər. Arzu edirəm ki, bizim də qurumlarımız dijital mühitə çevriləcək".

Demokrat.az
xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyib: 

O təəssüf bildirib ki, hazırda səhiyyə sistemimizin problemləri var:

“Çalışırıq ki, son 4-5 ildə olan problemləri aradan qaldıraq. Həkimlərimizin 60-70%-i paytaxtda cəmləşib. Regionlarda ciddi həkim çatışmazlığı var. İnsanlar "yaxşı xidmət Bakıdadır" anlayışı ilə Bakıya axın edirlər. TƏBİB-in adında olan tibbi ərazi bölmələri ifadəsini həyata keçirməyə çalışırıq. Bölgələrdə regional xəstəxanalar yaratmışıq. Bunu vətəndaşlara 3-cü səviyyə xidmət göstərə bilmək üçün etmişik. İşlərə komanda ilə birlikdə davam edəcəyik. Nəticədə həkimlər də regionlara üz tutacaq. 
Dünya standartlarını ölkəmizdə tətbiq etmək üçün çalışırıq".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
12
demokrat.az

1Mənbələr