AZ

Yeni ixtisasların keçid balı belə olacaq - PROQNOZ

Ali təhsilin bakalavriat səviyyəsi üzrə “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub. 2025-ci ildən qəbul planı həyata keçiriləcək.

 

Bəs görəsən, ilk dəfə qəbul həyata keçirildiyi üçün həmin ixtisasların keçid ballarının aşağı olma ehtimalı varmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyevin sözlərinə görə, yeni yaranan bəzi ixtisaslarda keçid balı arta bilər:

151485

“Növbəti, yəni 2025-2026-cı tədris ili üçün keçiriləcək qəbul imtahanlarında yeni yaradılan ixtisasların keçid ballarının artacağı gözlənilir. Ən çox artım, tələbənin marağının və tələbinin yüksək olduğu yeni ixtisaslarda olacaq. Hesab edirəm ki, minimum keçid balı 440-500 ballar arasında formalaşacaq.

 

Lakin bəzi ixtisaslarda, məsələn, kənd təsərrüfatı yönümlü sahələrdə ballar o qədər də yüksək olmayacaq və təxminən 300-350 bal arasında formalaşa bilər. Hətta 350 baldan aşağı keçid balı olan ixtisaslar da mümkündür.

 

İnformasiya təhlükəsizliyi və informasiya texnologiyaları kimi ixtisaslarda keçid ballarının 500-600 arasında formalaşması müşahidə olunurdusa, eyni balların yeni yaradılan IT yönümlü ixtisaslar üçün də formalaşması ehtimalı yüksəkdir”,- deyə ekspert bildirib.

 

Seçilən
3
azedu.az

1Mənbələr