AZ

Donuz böyrəyi köçürülmüş qadın özünü yaxşı hiss edir

Nyu-Yorkdakı həkimlər Alabama ştatından olan 53 yaşlı qadının donuzdan genetik olaraq dəyişdirilmiş böyrək transplantasiyası aldıqdan sonra yeni həyat aldığını açıqlayıblar. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, qadınının insan böyrəyinin transplantasiyası üçün namizədliyi onun immun sisteminin donor orqanını rədd etməsi ehtimalının yüksək olması ilə məhdudlaşdırılmışdı. Nəhayət, 10 genetik dəyişikliyə məruz qalmış donuz böyrəyinin qadına köçürülməsi qərarlaşdırılıb. 

Həkimlərinin dediyinə görə, ksenotransplantasiya adlanan bu növ transplantasiya hələ başlanğıc mərhələsindədir, lakin xəstənin vəziyyəti sürətlə ağırlaşdığından köçürülmə dərhal reallaşdırılıb. Əməliyyat uğurlu alınıb və qadın donuz böyrəyi ilə normal həyata qayıda bilib. 

Qeyd edək ki, həmin şəxs hazırda dünyada donuz orqanı daşıyan yeganə insandır.

ElcanMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr