AZ

Xameneyi: “ İsrail məhv ediləcək” 

Bu gün İranın ali rəhbəri çıxışında bildirib ki, “Suriyada baş verənlərdə İsrail və ABŞ-nin köməyi ilə hərəkət edənlər “müqavimət cəbhəsinin” bitdiyini düşünürdülər, ancaq yanılıblar”.
Vətəninfo.az  xəbər verir ki, Xameneyi İsrailin hücumlarına və İranın proksi qüvvələrinin liderlərinin öldürülməsinə toxunaraq deyib: “Seyid Həsən Nəsrullahın, Yəhya Sinvarın ruhları hələ də sağdır. “Şəhadət” onların canını alıb, ancaq ruhları yaşayır”.
Bəşar Əsəd rejiminin süqutuna işarə edən Xameneyi qeyd edib ki, “sionist rejim” Suriya vasitəsilə Hizbullah qüvvələrini istədiyi kimi mühasirəyə alıb məhv etməyə hazırlaşır, ancaq kökü kəsiləcək olan İsraildir”.

Seçilən
6
veteninfo.az

1Mənbələr