AZ

Prezidentdən XƏBƏRDARLIQ: “Ermənistanın silahlandırılmasına son qoyulmalıdır” – VİDEO

“Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum xarakterli, ölümcül silahlardır və Azərbaycan üçün real təhlükə yaradır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bildirib.

“Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur və bir çox yaşayış məntəqələri sərhədə yaxın ərazilərdə yerləşir, həmçinin bu yaşayış məntəqələrinin böyük hissəsinə keçmiş məcburi köçkünlər geri qayıdır, biz, təbii ki, bu prosesin sadəcə kənar müşahidəçiləri ola bilmərik.

Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına bildirmişik ki, buna son qoyulmalıdır. Lakin, təəssüf ki, bizi eşitmədilər. Ermənistanın silahlanması prosesi böyük sürətlə davam edir”, - deyə dövlət başçısı əlavə edib.



Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr