AZ

Bu ölkə qərar verdi: daha bir qapı Suriya üçün açılır

İordaniya Suriya sərhədindəki Cabir Sərhəd Qapısını bu gündən etibarən yük maşınlarının keçməsi üçün yenidən açacaq.

Publika.az xəbər verir ki, bu barədə İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah “Petra” dövlət informasiya agentliyinə açıqlama verib.

Nazir bəyan edib ki, yük maşınlarının Suriya ərazisinə daxil olmasına icazə verilməsi qərarı İordaniya ilə Suriya arasında kommersiya mallarının axınına və yüklərin hərəkətinə kömək edəcək.

O, iki ölkə arasında ticarət mübadiləsi ilə bağlı işlərin gedişatını, prosedurları və qaydaları nəzərdən keçirmək üçün sabah sərhəd qapısını və Suriya-İordaniya Birgə Azad Bölgəni ziyarət edəcəyini bildirib.

Xatırladaq ki, İordaniyanın daxili işlər naziri Mazen əl-Faraya dekabrın 6-da iki ölkə arasındakı Cabir Sərhəd Qapısının Suriyanın cənubundakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar bağlandığını açıqlamışdı.

Seçilən
17
publika.az

1Mənbələr