Əsədin qardaşı və baş kəşfiyyatçısı ilə bağlı ziddiyyətli məlumatlar yayılıb
Bəşər Əsədin qardaşı Mahir və Suriya kəşfiyyatının keçmiş direktoru Əli Məmlükün İraq-İran sərhədindəki Qəndil dağı bölgəsindədir.
Reyting.az xəbər verir ki, belə iddia ilə Səudiyyə Ərəbistanı mərkəzli “Əl Ərəbiyyə” və “Əl-Hədəs” nəşrləri çıxış edib.
Qeyd olunur ki, Bəşər Əsədin keçmiş Milli Təhlükəsizlik rəisi Əli Məmlük və qardaşı Mahir Əsəd Şimali İraqda, PKK-nın düşərgələrinin yerləşdiyi “Qəndil dağı” bölgəsindədir.
Mahir Əsəd
Mahir Əsədin Akkaşat bölgəsindən olan iranlı müşavirləri ilə İraqa girdiyi, daha sonra İraqın Süleymaniyyə şəhərinə getdiyi, Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) lideri Bafel Təlabaninin himayəsinə keçdiyi iddia edilir.
Bildirilir ki, Əsəd və Məmlük öz bölgələrində İran İnqilab Keşikçiləri və Livan “Hizbullah” rəsmiləri ilə gərgin görüşlər keçirib.
İraq Daxili İşlər Nazirliyinin sözçüsü, briqada generalı Mikdad Miri bu gün verdiyi açıqlamada “Sosial mediada Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Mahirin İraq ərazisində olması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini” deyib.
Əli Məmlük
Suriya İnsan Haqları Müşahidə Qrupunun direktoru Rami Əbdürrəhman daha əvvəl demişdi ki, Mahir Əsədin “İraqdan Rusiyaya vertolyotla köçürüldüyü” barədə məlumatlar var.
Digər tərəfdən, Livanın daxili işlər naziri Bəssam Mövləvi Livana qeyri-qanuni yollarla daxil olan suriyalıların təqib edildiyini açıqlayıb. Ölkəyə qanuni yollarla daxil olmaqda qərarlı olan Əsədin mətbuat müşaviri Buseyne Şabanın Beyrut hava limanı vasitəsilə ölkəni tərk etdiyi açıqlanıb.