AZ

Rusiya söz verdi: Bu sui-qəsdin qisasını tezliklə alacağıq

Rusiya dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında İqor Kirillova qarşı terror aktı ilə bağlı məsələ qaldıracaq.

Turkustan.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski dekabrın 20-də tələb etdiyi BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nüvə müdafiəsi üzrə rəhbəri İqor Kirillova qarşı terror aktı məsələsini qaldıracağını bildirib.

Polyanski Telegram-dakı paylaşımında deyib: “Biz İqor Kirillova qarşı terror aktı ilə bağlı məsələni dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclasında mütləq qaldıracağıq, burada Qərbin Ukraynaya silah tədarükü və onun münaqişənin sülh yolu ilə həllinə təsirləri var. Ukrayna ilə bağlı məsələlər müzakirə olunacaq. Bu cinayətə görə məsuliyyət daşıyanlar layiqincə cəzalandırılmalı və beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə pislənilməlidir”.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də bildirib ki, Moskva tezliklə rus generalın öldürülməsinə görə qisas alacaq.

"O, hərbi məğlubiyyətinin qaçılmaz olduğunu anlayanda dinc şəhərlərə qorxaq və alçaq hücumlar təşkil edir"-deyə, Medvedev bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr