AZ

"Ölkəmizdə vəkillərin sayı ildən-ilə artacaq" - Anar Bağırov

AzVision.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 5500-ə yaxın hüquqşünas vəkilliyə qəbul imtahanında iştirak edib:

"Onlardan 1800-dən çox hüquqşünas imtahanda uğur əldə edib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə vəkillərin sayı 3 dəfə artıb. Artıq 2500-dən çox vəkil fəaliyyət göstərir. Təbii ki, bu da son rəqəm deyil. Ölkəmizdə vəkillərin sayı ildən-ilə artacaq.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub".

Həmidə İbrahimova
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr