Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb
M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:
- Suriya İranın əlindən çıxıb, Hizbullah və HƏMAS-la əlaqələrinə çox ciddi zərbə dəyib. B.Netanyahu yaxında bildirdi ki, Qəzza müharibəsi başladıqdan sonra Yaxın Şərqdəki vəziyyəti dəyişməyi vəd vermişdi və bugünkü Qəzza, Livan, Suriya həmin Qəzza, Livan, Suriya deyil və nəhayət, bugünkü İran İran deyil. Artıq İran İsrailin zərbələrinin acısını görüb.
Belə ağır məğlubiyyət dövründə İran özü üçün əlavə gərginliklər yaradır. Ona görə Türkiyə və Azərbaycanla münasibətləri xeyli gərginləşdirir. Türkiyə ilə münasibətləri gərginləşdirməyi onun Suriyanı itirməsinə gətirib çıxardı. Suriyanın daxilində HTŞ-çilərin, yəni keçmiş terrorçuların aktivləşməsinin səbəbi İranın Suriya üzrə apardığı təbliğatın nəticəsidir. HTŞ və oradakı terrorçular ABŞ və İsrailin sözü ilə hərəkətə keçməzdilər. Əlbəttə, ABŞ və İsrailin dəstəklərinə ehtiyacları var idi. Amma o dəstəklə hərəkətə keçməzdilər. Türkiyə bütün müsəlmanlarda böyük nüfuza malikdir.
İranın təbliğatı Suriyanın daxilində ABŞ və İsrailin gördüyü işləri pərdələmək, ön plana Türkiyəni çıxarmaq oldu. HTŞ-çilər Türkiyənin daha öndə olduğunu gördülər və aktivləşib, dövləti ələ keçirdilər. Bu təbliğat yorulmuş, bezmiş Suriya ordusuna da eynilə belə təsir etdi. Onlar başa düşdülər ki, dövləti Türkiyəyə təhvil verirlər və canlarını qurban vermək istəmədilər. Türkiyə mövzusunun aktiv dövründə Azərbaycanı da qatırdılar.
Son günlərdə bütün diqqətlər Azərbaycanın üzərinə yönəlib. Azərbaycan ermənilərə göz verib, işıq vermir. Ermənilər özləri üçün Qərbdə havadarlar tapmağa məcburdur. Bu tezisi yenidən əsaslandırmağa başlayıblar. Prezidentin köməkçisi Hikmət Hacıyevin İsraildə prezidentlə görüşünü də burada ən vacib parametrlərdən biri kimi göstərirlər. Azərbaycan İsraillə Türkiyə arasında vasitəçilik edir.
Azərbaycanın Türkiyə ilə İsrail arasında oynadığı rol bəllidir. Həmişə xoş niyyət istiqamətində Azərbaycan fəaliyyət göstərib. İran üçün də həmişə belə faydalı olmuşuq və ya ola bilərdik. İran əgər normal, düzgün siyasət aparacaqsa, bundan sonra olacağıq.
İranın indi ermənipərəst siyasəti özünü ifşa vəziyyətindədir. İran son 20 il ATƏT-in Minsk Qrupunu tənqid edib. ATƏT MQ-nin regiondakı fəaliyyətini özü üçün zərərli adlandırıb. Bu gün Azərbaycan açıq mətnlə ATƏT MQ-nin rəsmən buraxılması istiqamətində fəaliyyət göstərir. Ermənistan isə rəsmən ATƏT MQ-nin fəaliyyətinin qalması istiqamətində fəaliyyət göstərib. İran Azərbaycanın mövqeyinə heç bir dəstək verməyib, erməninin mövqeyini dəstəkləyir.
- İran Azərbaycanın Qarabağı öz yurisdiksiyasına qaytardığını tanımır və müvəqqəti hal hesab edir.
- İran çox gözəl bilir ki, Qarabağ erməniləri indiki İranın ərazisindən köçmədir. Sübut edə bilər ki, İrəvan xanlığı Azərbaycan Respublikasının tərkib hissəsi olub. İran bunları etmir. Ermənilərin bu mövzuda da mübahisəsində Azərbaycanın deyil, ermənilərin yanında dayanır.
- 30 il İranın qonşuluğunda şiə Azərbaycan torpağı ermənilər tərəfindən işğal olundu, İran Ermənistana kömək etdi.
- İran Qarabağda Azərbaycan şiəsini öldürən Sukiasyan Xaçatryanı qızıl medalla mükafatlandırdı.
- Əgər Ermənistan İranı saya salırsa müdafiə naziri S.Papikyanın ABŞ-a səfərini, ABŞ müdafiə naziri və orada Yunanıstanın müdafiə naziri ilə görüşlərinin mahiyyətini yada salsın. İran sərhədində xidmət edən əsgərin erməni və ya ABŞ əsgərinin olduğunu ayırd edə bilməyəcək. Çünki Ermənistan əsgəri ABŞ ordusunun hərbi geyiminə keçir.
- S.Papikyan ABŞ-dan qayıtdıqdan bir müddət sonra Fransaya səfər etdi. Ermənistan İranı saya salmır, İran isə Ermənistana yalvarır ki, icazə ver, gəlim sənin adından istifadə edib, Azərbaycan müsəlmanlarını qırım.
- Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa prosesində Qarabağdan Ermənistana aparılmış silah Ermənistan tərəfindən gizlədilib. İran bunu görmür.
Bu gün İran üçün əvvəlki 30 il deyil, eynilə bu qaydada Qəzza sektorunda HƏMAS-ı qızışdırıb İsrailin üstünə salmaqla başladığı müharibə məhz indiki kimi nəticələnməli idi. Çünki İranın siyasəti savadsızdır, Allahdan uzaqdır. Doğrudanmı İranda fikirləşirlər ki, onların bu qaydada anti-müsəlman, anti-şiə, anti-Azərbaycan siyasətini Allah görmür?! Bəlkə onların fikrincə, Allah yuxudadır, məzuniyyətdədir. İranın indi apardığı siyasət məhz belə nəticəyə gətirib çıxarmalı idi.
Məqsədimiz İranı dağıtmaq deyil. Məqsədimiz İranın dağılmasından özümüzü qorumaqdır. İran öz-özünü dağıdır. İranın tarixində müstəqil siyasət yalnız Səfəvilərin, azərbaycanlıların olduğu dövrdə olub. Ona görə də dünyada qlobal proseslərdə istiləşmə baş verən kimi həmişə orada da zərər çəkən İran olub. Birinci Dünya Müharibəsində də İranın daxilində xarici qüvvələr olub, İkinci Dünya Müharibəsində də İranın daxilinə xarici qüvvələr yerləşdirilib. Çünki o zaman və bu zaman da Rusiya və Qərb bir-birinə etibar etməyiblər. İranın ərazisindən istifadə etməməklə bağlı razılıq əldə ediblər. Ərazisində də hərə öz qoşunlarını yerləşdirib.
İndi İran ən yaxşı halda belə vəziyyətə gedə bilər. Xüsusilə ali dini liderin son çıxışında anti-sovet, anti-Rusiya elementlər aydın onu göstərirdi. Rusiya isə iki dəfə təklif verib, İsrailə birgə hücum edək. İran bunu rədd edib. O təklifi müzakirə edən İ.Rəisini də İran özü öldürdü. Səbəb RF-in Suriyada İranı müdafiə edə bilməməsini kompensasiya etməsi idi. Çünki İsrail də o halda Ukraynada anti-Rusiya fəaliyyət göstərə bilərdi. İran Rusiya ilə birlikdə İsrailin üstünə getmədi. Əksinə, Hizbullah, HƏMAS-ı silahlandıranın Rusiya mənşəli olduğunu bildirdi. İran mətbuatı Hizbullahın atdığı silahları tez “Katyuşa” adlandırırdı. “Katyuşa” bütün dünyada məlumdur ki, sovet silahı olub, indi Rusiyada var. Əgər Hizbullaha Rusiya silah veribsə, İran sevinməlidir. İran Rusiyanın silah satması ilə bağlı məlumatları ifşa edirdi. Və yaxud Səddam Hüseynin Tehran üzərində SSRİ-nin Mİ25-lərini uçurtması. SSRİ ondan əvvəl Misirə silah vermişdi və o silahları sonradan ABŞ Misirdə SSRİ-ni sıxışdırdı və Misir SSRİ-dən aldığı silahları özündən rədd etməli idi, ABŞ-ın tələbi belə idi. Müharibədə olan digər ərəb və İraq dövlətlərinə satdı. Moskvanın birbaşa əmrlə İraqa silah verməsi ilə bağlı proseslər bir daha diqqətdən keçirilməlidir.
ABŞ və İsrailin qabağından qaçan İran onlarla dil tapmağa, yalvarmağa, tam tərksilah olmağa, Rusiya, Türkiyə və Azərbaycana qarşı isə düşmənçiliyini bəyan etməyə hazırdır.
Xəbər 4 dəfə oxunub.