AZ

SALOME ZURABİŞVİLİ PREZİDENTLİKDƏN GETMƏYƏCƏYİNİ DEYİB, BAŞ NAZİR İSƏ...

"Bir neçə gün sonra Salome Zurabişvili öz postunu tərk etməli olacaq".

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Prezident Salome Zurabişvilinin vəzifəsinə davam edəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. O bildirib ki, Salome Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya prezidentləri ilə eyniləşdirir: "Bizdə bir ölkədə üç de-fakto prezident ola bilməz. Salome Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya prezidentləri ilə eyniləşdirir. Biz, sadəcə olaraq, bunu ciddi qəbul edə bilmərik. Dekabrın 29-da Zurabişvili öz postunu tərk etməli olacaq və onun yerinə seçilmiş Prezident Mixail Kavelaşvili gələcək. Salome Zurabişvilinin bəyanatı ilə bağlı hər hansı fəsadın olacağını düşünmürəm. Zənnimcə, o bunu edəcək. Hər hansı çətinlik gözlənilmir", - deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Salome Zurabişvili parlamentin və prezident seçkisinin legitimliyini tanımadığını, bu səbəbdən də prezident səlahiyyətinin yeni prezidentin andiçməsinin keçiriləcəyi 29 dekabrdan sonra da davam edəcəyini bəyan edib.

Parlament qarşısında isə 20 gündür ki, etiraz aksiyası davam edir.

Bu arada Avropa İttifaqı rəhbərliyindən Gürcüstan hakimiyyətinə sərt təpki gəlib...

A.Məmmədli 

 

Seçilən
0
1
tezadlar.az

2Mənbələr