İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcəyi barədə xəbərin bir sıra vətəndaşlar tərəfindən düzgün anlaşılmadığını nəzərə alaraq məsələyə aydınlıq gətirilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən Marja.az-a verilən məlumatda bildirilri ki, gələn ildən Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər. Bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər. Bu halda yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin inşası və quraşdırılması işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarını məlumatlandırılmaqla aparılacaq.