AZ

IJF: "Bu, cüdoçuların yeni qaydalara necə uyğunlaşdıqlarını görmək üçün müşahidə dövrü olacaq"

"Bu, idmançıların yeni qaydaları necə qəbul etdiklərini və mənimsədiklərini görmək üçün müşahidə dövrü olacaq".

İdman.biz xəbər verir ki, bu barədə İstanbulda yeni qaydaların təqdim olunduğu texniki seminardan sonra Beynəlxalq Cüdo Federasiyasının (IJF) verdiyi açıqlamada bildirilib.

IJF təsdiq edib ki, yeni qaydaların tətbiqi 2025-ci ilin fevralında Parisdə keçiriləcək “Böyük Dəbilqə” turniri ilə başlayacaq və Budapeştdə keçiriləcək dünya çempionatına kimi davam edəcək: “Dünya çempionatından sonra qaydaların effektivliyinə baxılacaq. 2026-cı ildə başlayacaq Olimpiya təsnifat mərhələsinin iki il ərzində müsbət, cəlbedici və anlaşılan cüdonun davam etməsinə əmin olmaq üçün bu addım atılacaq”.

Qaydalara edilən yeni əlavələr arasında “yuko” qiymətləndirməsinin qaytarılmasını, həmçinin kəmərin altından tutmaları qeyd etmək olar.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr